AA batareyası (və ya ikiqat-A batareyası) — standart ölçülü tək hüceyrəli silindrik quru bir batareyadır. IEC 60086 sistemi onu R6 ölçüsü, ANSI C18 isə 15 ölçüsü adlandırır.[1] Yapon JIS tərəfindən UM-3 adlandırılmışdır.[2] Tarixi olaraq, İngiltərədəki rəsmi sənədlərdə D14 (standart hüceyrə) və ya HP7 (sink xloridin 'yüksək gücü' versiyası üçün) olaraq bilinir.
AA batareyaları portativ elektron cihazlarda çox yayılmışdır. AA batareyası, birincil batareya (birdəfəlik) və ya təkrar doldurula bilən tək bir elektrokimyəvi hüceyrədən ibarətdir. Tikintisində bir çox fərqli kimyəvi maddələrdən istifadə olunur. Dəqiq terminal gərginliyi, tutumu və praktiki boşalma dərəcələri hüceyrə kimyasından asılıdır; lakin, AA hüceyrələri üçün hazırlanmış qurğular, istehsalçı tərəfindən göstərilmədiyi təqdirdə, adətən yalnız 1,2–1,5 V gücündə olacaq.
1907-ci ildə " The American Ever Ready Company " tərəfindən təqdim edilən[3] AA batareyasının ölçüsü 1947-ci ildə Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən standartlaşdırılmışdır, lakin rəsmi standartlaşdırmadan əvvəl fənərlərdə və elektrik yeniliklərində istifadə edilmişdir. ANSI və IEC Batareya nomenklaturası, hüceyrə xüsusiyyətlərindən və kimyasından asılı olaraq bu ölçüdə hüceyrələr üçün bir neçə təyinat verir. Kiçik fənərlərdəki populyarlıq səbəbiylə onlara tez -tez "penlight batareyaları" deyilir.