Pak Çi Min
Pak Çi Min | |
---|---|
kor. 박지민 | |
Ümumi məlumatlar | |
Doğum adı | 박지민 |
Ləqəbi | Jimin |
Doğum tarixi | 13 oktyabr 1995[1] (28 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, rəqqas, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2013-cü ildən |
Janr | K-pop |
Səs tembri | kontratenor |
Albom şirkəti | HYBE Corporation |
Üzvlüyü | |
ibighit.com/bts/eng/disc… | |
Vikianbarda əlaqəli mediafayllar |
Park Jimin - səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir.
Həyatı
İlk illər
Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur.[2] Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu.Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib.Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı. Həmdə o müasir rəqs şöbəsində də ən yaxşı tələbə idi.Daha sonra rəqs müəlliminin şirkət seçmələrinə qatılmasını söyləməsi ilə Big Hit seçmələrinə qatıldı.2012-ci ildə seçmələri keçdikdən sonra Koreya İncəsənət Liseyinə keçdi və 2014-cü ildə məzun oldu. Sonra Qlobal Cyber Universitetindən məzun oldu.
Kariyera
BTS
13 iyun 2013-cü ildə Çimin BTS-in üzvü olaraq "No More Dream" mahnısının çıxışı ilə ilk dəfə muğənnilik karyerasına başladı.
Mükafatlar
2016-cı ildə Çimin, Gallup Korea tərəfindən edilən illik bir araşdırmada ən məşhur 14-cü idol kimi seçildi.2017-ci ildə sıralamada 7-ci,2018 və 2019-cu illərdə 1-ci oldu.2018-ci illərdə The Guardian tərəfindən tarixin on yeddinci ən yaxşı boyband üzvü olaraq seçildi.2018-ci ilin yanvar-may aylarında Çimin "Ən yaxşı K-Pop sənətçisi - Fərdi" üçün Peeper x Billboard mükafatını qazandı.2019-cu ildə, ənənəvi bir Koreyalı fan rəqsi olan buchaechum'u 2018 Melon Music Mükafatları zamanı ifa etdiyi və rəqsin Koreyadan kənarda yayılmasına kömək etdiyinə görə Mədəniyyət Qoruma Cəmiyyətindən təşəkkür lövhəsi aldı. Çimin, 2018-ci ildə Cənubi Koreya Prezidenti Mun Çe-İn tərəfindən BTS-in digər üzvləri ilə birlikdə Koreya mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beşinci dərəcəli (Hwagwan) Hvanqvan Mədəni Ləyaqət Ordeninə layiq görülmüşdür.
Solo Mahnıları
- Filter
- Firends (ft. V)
- Promise
- Dream Glow (ft. Jin,Jungkook, Charli XCX)
- Serendipity
- Lie
- We don't talk anymore (ft. Jungkook)
- Tony Montana (ft. Suga)
- Special Acoustic Medly (ft. V,Jin)
- Christmas Day ( ft. Jungkook)
- Butterfly Acoustic (ft. Jin)
- Love Yourself (karoke version)
- 95 Graduation
- Graduation Song (ft. J-Hope,Jungkook)
- Beautiful (ft. J-Hope,Jungkook)
- You're my (ft. Jin,Jungkook,V)
Haqqında
Əsl adı:Park Ji Min. Bürcü tərəzidir.Çin bürcü isə donuzdur. Boyu 1.73 sm-dir. Qrupda boyca ən kiçik üzvdür .Çəkisi 61 kq-dır. Yemək yeməyi çox sevir. Ən sevdiyi rəqəm 3-dür. Ən sevdiyi rənglər mavi və qaradır. BTS (musiqi qrupu)na qatılan ən sonuncu üzvdür. Günəşli və sərin havaları sevir. Ən sevdiyi fəsil yazdır. Hobbisi roman oxumaqdır. Ən əziz dostu V (müğənni)dir. Üzvlər arasında ən nəzakətli üzvlərdəndir .