Big Hit Music (Koreyaca: 빅 히트 뮤직) 2005-ci ildə Bang Si-hyuk (ing. Bang Si-hyuk tərəfindən yaradılan Cənubi Koreyanın bir əyləncə şirkətidir. 2021-ci ilin mart ayında ana şirkəti Hybe Corporation, əvvəllər Big Hit Entertainment Co. Ltd. tərəfindən Big Hit Music olaraq rebrend edildi. Həmin tarixdən etibarən şirkət solist Lee Hyun-u , BTS və TXT oğlan qruplarını idarə edir — əvvəllər solist Lim Jeong-hee və 8Eight, 2AM ve Glam qruplarını da idarə edirdi.Şirkət Hybe Corporation şirkətinə bağlıdır.
Big Hit Music | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 1 iyul 2021 |
Struktur | |
Ana şirkət | HYBE Corporation[1] |
ibighit.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Big Hit Entertainment 1 fevral 2005-ci ildə qurulmuşdur və 2007-ci ildə 8Eight vokal triosunu qurmuşdur. 2010-cu ildə şirkət, 2AM oğlan qrupu üzərində JYP Entertainment ilə ortaq idarəetmə müqaviləsi imzaladı. O il Banq Şihyuk (Bang Si-hyuk), BTS-in ilk üzvü olaraq RM-lə müqavilə imzaladı və qrupun digər üzvlərini cəlb etmək üçün ümummilli seçmələrə başladı —BTS Big Hit altında 13 iyun 2013-cü ildə ilk çıxışını etdi.
2012-ci ildə şirkət Lim Conqhe(Lim Jeong-hee) ilə müqavilə imzaladı və Source Music ilə əməkdaşlıq olaraq GLAM qız qrupunu qurdu. Qrup, üzvlərindən biri olan Kim Da-hee ilə əlaqəli bir mübahisəyə görə dağıldığı 2014-cü ilə qədər fəaliyyət göstərdi — Kim aktyor Lee Byunqhun-u şantaj etməkdə günahkar olduqdan sonra həbsxanaya məhkum edildi.
Big Hit və JYP arasında 2014-cü ilin aprel ayında edilən ortaq müqavilənin bitməsindən sonra, 2AM-ın üç üzvü JYP-yə qayıtdı, Lee Chang-min isə solo karyerasına davam etmək və Homme ikilisinin bir hissəsi olaraq Big Hit ilə qaldı.Həmin il Bek Çan (Baek Chan) və ) Cu He(Joo Hee)-nin Big Hit ilə müqavilələri bitdikdən sonra, 8Eight-in dağıldıdı. May 2015-də Lim Conqhe üç illik müqaviləsinin bitməsindən sonra agentliklə yollarını ayırdı.
2018-ci ilin fevral ayında, üzv Çangmin ilə müqavilə bitdikdən sonra Homme dağıldı. Lee Hyun solo sənətçi olaraq davam edərkən öz agentliyini açmaq üçün şirkətdən ayrıldı. Oktyabr ayında BTS agentliklə müqaviləsini yeniləyərək yeddi il daha uzatdı. Big Hit, ikinci kişi qrupu olan Tomorrow X Together (TXT) ilə 2019-cu ilin martında debüt etdi.
10 Mart 2021-ci ildə bir neçə xəbər agentliyi, Big Hit Entertainment-in adının HYBE Corporation olaraq dəyişdirildiyi iddia edilən xəbərlərini verməyə başladı. Elə həmin gün şirkət özü adlarını HYBE Corporation olaraq dəyişdirmək niyyətlərini açıqladı, açıqlamada "… dünyadakı insanları musiqimiz və sənətçimiz vasitəsi ilə təsəlli və ruhlandıran Big Hit Entertainment musiqiyə yeni yeniliklər etməyə davam edir. Big Hit dünyanın ən yaxşı musiqi əsaslı əyləncə həyat tərzi platforması şirkəti olmaq üçün çalışır ".
19 Mart 2021-ci ildə Big Hit Entertainment Co., Ltd., yeni imicə uyğunlaşmaq və mövcud iş sahələrinə əlavə edilmiş yeni üfüqlər əldə etmək üçün şirkətin markasını dəyişdirdiklərini açıqladı. Big Hit Entertainment vaxt keçdikcə fərqli işlərdə , sahələrdə fəaliyyət göstərən və xidmət göstərən çox etiketli bir şirkətə çevrildi, beləliklə, CEO və həmtəsisçi Bang Şi-Hyuk,şirkətin Big Hit Entertainment adının əsl mənasını və məqsədini tam əhatə etmədiyini gördü. Big Hit Entertainment, ənənəvi olaraq 360 şirkət, IP biznesi və təhsil sektoru kimi əyləncə şirkətlərinin əhatə etmədiyi sahələrdə işləməyə başladı. Bu səbəbdən Big Hit Entertainment-in adı artıq agentliyə sığmırdı və yeni bir ada ehtiyac duyulurdu.
Təqdimat zamanı Big Hit şəxsiyyətinin itirilməyəcəyi və yeni alt etiket yaradılacağı açıqlandı. Eyni tədbirdə, Big Hit Music-i HYBE Corporation və HYBE Etiketlərinin bir hissəsi halına gətirən bu yeni etiketin rəsmi adı olaraq elan etdilər. Bu yeni etiket musiqi istehsalı, sənətçi rəhbərliyi və pərəstişkar ünsiyyəti sahələrində HYBE Korporasiyasından müstəqil olaraq çalışacaq.
Rebrend 31 Mart 2021-ci ildə qüvvəyə mindi.