Zeynəb Bəyim

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən edilmiş 10:29, 26 oktyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Zeynəb Bəyim
Zeynəb Sultan Şah Təhmasib qızı Səfəvi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qəzvin
Vəfat tarixi
Vəfat yeri İsfahan
Dəfn yeri Məşhəd
Atası I Təhmasib
Anası Hurixan xanım
Həyat yoldaşı yoxdur
Uşağı yoxdur
Ailəsi Səfəvilər
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi Ədəbiyyat
Tanınır Diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeynəb Sultan (tam titulu: Bilqüs-zamani Ülyacənab, Naibəyi -Nəvvabi Səfəviyyə Zeynəb Sultan Səfəvi; XVI əsr, Qəzvin31 may 1640, Qəzvin) — Səfəvi Sultanı.

Həyatı

Zeynəb Sultan Şah I Təhmasibin son övladıdır. 1572- də Qəzvində doğulmuşdur. Anası Hurixan xanımdır. Zeynəb Sultanın uşaqlığı çox gərgin saray intriqalarının içində keçmiçdir. Hələ Məhdi ülyanın zamanında bacısı Məryəm Sultanla Gilana gedən Zeynəb orda bir il qaldıqdan sonra təkrar paytaxta qayıdırlar. Məhdi ülyanın öldürülməsindən sonra Şah tərəfindən qovulan bacılar bir də 1587 paytaxta dönə bilirlər. Zeynəb Sultan ailə həyatı qurmamış 3 şahın dönəmini görmüşdür. Şeyx Səfi ilə münasibətləri yaxşı olmayan Zeynəb sürgündən sonra paytaxta qayıtsa da, bir il sonra vəfat etmişdir. Məzarı Məşhəddə Məryəm Sultanın yanındadır.

Fəaliyyəti

Zeynəb Sultanın siyasi fəaliyyəti Şah I Abbasın dövrünə təsadüf edir. Bir neçə uğurlu müharibələrin məhz səbəbkarı Zeynəb Sultandır. Diplomatik qadın olaraq həm şərq, həm də qərb cəbhəsində özünü doğrultmuşdur.Əkbər şahın anası Həmidə Banu bəyimlə görüşən Zeynəb sultan diplomatik yolla sülh yaratmışdır.

" Həmidə Banu Bəyim'in Zeynəb Sultanla bağlı danışığı 1605- ci il

Həmidə Banu Bəyim : Mən xatırlayıram uzun-uzun illər bundan qabaq sənin bibin Məhinbanu ilə bacın Pərixan Sultanla görüşmüşdük. Onları gördüyüm zaman əsl dövlət qadınları olduqlarını görmüşdüm. Bacın Pərixan hələ çox cavan idi. Lakin danışdıqca onun da eyni bibisi kimi ağıllı və savadlı biri olduğunu sezmişdim. Nə deyək Allah hər ikisinə də rəhmət eləsin. Digər bacın Məryəm haqqında da duymuşam. Onun barəsində də da xoş sözlər qulağıma çatır. İndi isə sən. Onlarda olan o duruşdan səndə də var. İnanıram ki, sən də onlartək ağıllı bir dövlət sultanısan. Mənim 80 -ə yaxın yaşım var və bu illərdə bir həqiqəti anladım, böyük dövlətləri böyük hökmdarlar, böyük hökmüdarları isə böyük qadınlar idarə edir. Sənin dediklərin ağlıma batdı. Sən çox yaxşı natiqsən. Mən oğlumu başa salacam. Əminəm ki, sən də İran şahını yola gətirə biləcəksən. Sənin kimi bir qızın hələ də evlənməməsi mən çox təəccüb edir. Əkbər şah çox güman ki, sənin kimi ağıllı bir qadını görmək istəyəcək. Buyur gedək...

"
  • "Həmidə Banu Bəyim" əsərindən

Və bir dövr sakit keçmiçdir. Fəqət Zeynəb Sultan Osmanlılara qarşı çox qəddar idi. Səbəb 1578-1590 da İranda törədilmiş dəhşətlərə şahidlik etmişdi. Safiyə sultana yazdığı məktubda da bu aydın sezilir.

" Zeynəb Sultan'ın Safiyə Sultana cavab məktubu 1610- cu il

Ülya-cənab hasəki validə Safiyə Sultan, sizə əvvəla dərin hörmətlərimiz və sevgilərimiz ilə salamlayırıq. Məktubunuz bizə vardı və biz yazdıqlarınız ilə tanış olduq. Fəqət sizin yazmağınız elə göstərir ki, sanki bu müharibəyə biz səbəb olmuşuq. Yerinizdə olsam, Ali-Osman dəftərxanalarına gedər və müharibənin kimi çıxardığını dərindən öyrənərdim. Halbuki o dönəmlərə siz də şahid olmusunuz. Bizim "qonaqpərvərliy"imizdən istinad edib sizə qarşı qeyri-səmimi olduğumuzu iddia edirsiniz. Sizcə illərlə torpaqlarımıza göz tikən və də tikməkdə olan xotkar ordularına hələ qonaqlıq da mı verməliyik? Safiyə Sultan, biz istəmərik ki, müsəlmanların qanlı müharibələrinə səbəb olaq, fəqət böyük bir həqiqət vardır, torpaqdan əsla və əsla pay olmaz. Fikir sizindir ya ordularınız bizim əzəli torpaqlarımızdan xoşluqla çəkilər ya da hərbi seçərlər qan tökərik. Məsləhət sizindir, Ülya həzrət. Allah amanında xoşluqla qalın.

  • 1603-1618 Səfəvi-Osmanlı müharibələri
  • Ali-Səfəviyyə İsfahan əl yazmaları II Cild
"

Zeynəb Sultan Şah I Abbasdan sonra çətin dövrə daxil oldu. I Səfinin üzərində anasının təsiri böyük idi. Dilarə sultan Zeynəb sultanı iqtidara kölgə sayıb oğlunun vasitəsilə sürgünə göndərmişdi. Sürgündən qayıtsa da, Zeynəb sultan 1 il sonra vəfat etmişdir.

  • "Ali-Səfəviyyə XVII əsr"

İstinadlar