Səfəvilər (az.-əski. صفویلر, fars. صفویان səfəviyan) — indiki İran[1] və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.[2][3][4][5][6]
Səfəvilər sülaləsi | |
---|---|
صفویان | |
| |
Ölkə | |
Banisi | Şeyx Səfiəddin |
Sonuncu hökmdar | Şah III Abbas |
Əsası qoyulub | 1501 |
Milliyyət | Azərbaycanlı |
Titullar | |
Şeyx,Şah,Xan | |
Vikianbarda əlaqəli mediafayllar |
İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.[6][7]
Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.[1][8]
Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi.[4][9][5] Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.[5]
Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü.
Səfəvilər özlərini "şahənşah" (şahlar şahı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Səfəvi dövlətinin qurulmasını dəstəkləyən türk tayfaları bunlar; Şadlı eli, Şamlı, Əfşar, Qaçar, Çağırqanlı, Qaramustafalu, Təkəli, Bəydili, Humuslu, Ustaclu, Dulqədirlu, Varsak.[10]
Vasili Bartold, Səfəvilərin Fars mənşəli deyil türk mənşəli olduğu qənaətindədir.[11] Rus tarixçisi Petruşevski də buna bənzər bir fikirdədir; "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamış və ana dili Azərbaycan dilidir (yəni türkcə)" deyir.[12]
İsmail Haqqı Uzunçarşılı, Səfəvilərin soyu ilə bağlı yazır ki, "xalis bir türk olan bu ailənin siyasətləri özlərini Sadat-i Hüseyniyyədən olduqlarını göstərdilər."[13]
Bu mövzuda, bənzər mənbələrdə Saffətü-Səfa'daki verilən məlumatlara əsaslanaraq Şeyx Səfiyəddin Ərdəbili "Türk piri" adlandırılırdı və şeyxin "türk köyündə yaşadığı və türk şagirdlərinə xidmət etmək üçün onlara ağ çörək və bal təqdim etməsi" qeyd olunurdu. Səfi'nin fars olan bir çox müasirləri də 1272-ci ildə onu Türk Piri olaraq adlandırırdılar.[14][15]
Firuz şah Zərrin Koulə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avaad | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qütbəddin Məhəmməd | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səlahəddin Rəşid | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qütbəddin Əbu Bəkr | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Basil of Trebizond | İrene | Şeyx Zahid Gilani | Əminəddin Cəbrail | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
III Aleksios | Teodora Kantakouzen | Bibi Fatimə | Şeyx Səfi 1252–1334 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Konstantin (Gürcüstan) 1369–1412 | III Manuel 1364–1417 | Şeyx Sədrəddin Ərdəbili | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Aleksandr (Gürcüstan) 1386–1446 | IV Aleksios 1382–1429 | Qara Yuluq Osman bəy | Şeyx Xacə Əlaəddin Əli | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Baqrationi şəhzadəsi 1415–1438 | IV İohan 1403–1459 | Cəlaləddin Əli bəy | Şeyx İbrahim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Aleksios 1455–1463 | Teodora | Uzun Həsən 1423–1378 | Xədicə Xatun | Şeyx Cüneyd | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Aləmşah bəyim Əli Mirzə Səfəvinin anası & Həlimə - Marta/Katerina Şah İsmayılın anası | Şeyx Heydər | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şeyx Sultan Əli Hakimiyyəti: 1488–1494 & Şah İsmayıl 17 iyul 1487 – 23 may 1524 R. 1502–1524 | İbrahim ya da Şah İsmayıl | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Şah Təhmasib 22 February 1514 – 14 May 1576 R. 1524–1576 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah İsmayıl 1537–1577 R. 1576–1577 | Məhəmməd Xudabəndə 1532–1595 R. 1577–1587 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Şah Abbas January 27 1571 – January 19 1629 R. 1587–1629 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səfi Mirzə doğ. 1587 öld. 1615 Vəliəhd şəhzadə 1587–1615 | İmamqulu Mirzə Vəliəhd şəhzadə 1627 öld. 1627 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Şah Səfi 1611 – 12 May 1624 R. 1629–1642 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah Abbas 31 dekabr 1632 – 25 oktyabr 1666 R. 1642–1666 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Süleyman (II Şah Səfi) 1659 – 29 iyul 1694 R. 1666–1694 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sultan Hüseyn 1669 – 25 aprel 1726 R. 1694–1722 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah Süleyman R. 1749–1750 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
II Şah Təhmasib 1704–1740 R. 1722–1732 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
III Şah Abbas 1731–1740 R. 1732–1736 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||