Kamaləddin Naxçıvani

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (→‎top: vikiləşdirmə using AWB) tərəfindən edilmiş 18:56, 13 dekabr 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kamaləddin Naxçıvani
Fəaliyyəti həkim, Müsəlman

Kamaləddin Naxçıvani (azərb. ‎Əbu-L Fədail Məhəmməd ibn Əbu-L Fədail ən-Naxçıvani}}) — məşhur həkim, sufi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

13-cü əsrdə yaşayıb. Tibb sahəsində, xüsusilə müayinə və müalicə üzrə zəngin biliyi ilə fərqlənirdi. Azərbaycanın Əhər şəhərində dövrünün məşhur sufi filosofu şeyx Qütbəddin əl-Əhərinin yanında təhsil almış və ixtisasını təkmilləşdirmişdir. Kamaləddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvati 1260-ci ildə Əhərdə onunla birlikdə xidmətdə olduğunu,Qütbəddin əl-Əhərinin zaviyəsində yaşadığını qeyd etmişdir. İbn əl Fuvati Kamaləddin Naxçıvaninin həkimlik qabiliyyəti ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 219. ISBN 5-8066-1468-9.