Kamaləddin Naxçıvani (azərb. Əbu-L Fədail Məhəmməd ibn Əbu-L Fədail ən-Naxçıvani}}) — məşhur həkim, sufi.[1]
Kamaləddin Naxçıvani | |
---|---|
Fəaliyyəti | həkim, Müsəlman |
13-cü əsrdə yaşayıb. Tibb sahəsində, xüsusilə müayinə və müalicə üzrə zəngin biliyi ilə fərqlənirdi. Azərbaycanın Əhər şəhərində dövrünün məşhur sufi filosofu şeyx Qütbəddin əl-Əhərinin yanında təhsil almış və ixtisasını təkmilləşdirmişdir. Kamaləddin Naxçıvani haqqında məlumat verən məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvati 1260-ci ildə Əhərdə onunla birlikdə xidmətdə olduğunu,Qütbəddin əl-Əhərinin zaviyəsində yaşadığını qeyd etmişdir. İbn əl Fuvati Kamaləddin Naxçıvaninin həkimlik qabiliyyəti ilə yanaşı, insani keyfiyyətlərini də yüksək qiymətləndirmişdir.