Klinoptilolit

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 22:10, 31 yanvar 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Klinoptilolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klinoptilolit — təbii seolitlərdən ibarət olub, silisiumalüminium tetraedrnin mikroskopik düzülüşündən ibarətdir. Bu kompleksin formulu (Na, K, Ca)2-3Al3(Al,Si)2Si13O36· 12H2O-dur. Adı Yunan dilindəki klino (κλίνω; "maili"), ptylon (φτερών; "lələk") və lithos (λίθος; "daş") sözlərindən götürülmüşdür.

Mousun sərtlik şkalası üzrə 3.5–4 və xüsusi kütləsi 2.1–2.2-dir. Molekulyar kütləsi 2,703.72 qm-dır.

Kalium   1.89 %   K   2.28 %  K2O
Barium  0.46 %   Ba 0.51 %  BaO
Natrium 3.21 %   Na 4.33 %  Na2O
Kalsium 0.90 %   Ca 1.27 %  CaO
Maqnezium 0.02 %   Mn 0.03 %  MnO
Alüminium 6.60 %   Al 12.46 %  Al2O3
Dəmir 0.39 %   Fe  0.08 %  FeO / 0.47 %  Fe2O3
Silisium 30.32 %  Si 64.87 %  SiO2
Hidrogen 1.52 %   H  13.59 %  H2O
Oksigen 54.68 %   O
100% 99.89% (Oksidlərin ümumi cəmi)

Klinoptilolit əsasən tuflarda vulkanik şüşələrin devitrifikation məhsulu kimi və bazalt, andezit, riolitlərdə qabarcıq şəklində əmələ gəlir. O 1969-cu ildə müəyyən olunub.

O heylanditlə seriyalar əmələ gətirir:

Klinoptilolit-Ca – heylandit-Ca bərk məhlul sırası;

Klinoptilolit-K – heylandit-Ca bərk məhlul sırası;

Klinoptilolit-Na – heylandit-Ca bərk məhlul sırası;

Klinoptilolitdən sənayedə və ion dəyişkənliyi xüsusiyyətindən elmi işlərdə istifadə olunur. Onun bu yüksək dəyişkənlik xüsusiyyəti  ammoniuma (NH4+) görədir. Bunun tipik nümunəsi onun enzim əsaslı karabamid sensorunda istifadəsidir. O həmçinin gübrə və tor çantalarda xırda çay daşı ölçüsündə olan deodorizer (iyi aradan qaldıran) kimi istifadə olunur.

Təbii klonoptilolitin zənginliyi sayəsində Egey dənizinin sahilləri ətrafında Yer səthinə ən yaxın olan yataqları formalaşıb.