Yavin

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) (+) tərəfindən edilmiş 21:54, 18 fevral 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Yavin, həmçinin Yavin-Praym (ing. Yavin Prime) — "Ulduz müharibələri" qalaktikasında uydurma planet. Planet ilk dəfə 1977-ci ildə çəkilmiş "Ulduz müharibələri" filmində nümayiş olunmuşdur və geniş peyk sistemi olan böyük qırmızı qaz nəhəngi kimi təsvir edilmişdir. Üsyançılar ittifaqının gizli hərbi bazası onun dördüncü peyki olan Yavin 4-də yerləşir.

Filmin sonunda Üsyançılar ittifaqı ilə Qalaktik imperiya arasında Yavin planetinin orbitində döyüş baş tutur, "Ölüm ulduzu" isə burada məhv edilir. "Ulduz müharibələri" və Əfsanələrdə bu hadisə xüsusi əhəmiyyət kəsb edir, çünki uydurma "Ulduz müharibələri" kainatında bu, təqvim üsullarından biridir. "Ulduz müharibələri" kainatında hadisələrin tarixi adətən BBY ("Yavin döyüşündən əvvəl") və ya ABY ("Yavin döyüşündən sonra") sözləri ilə qeyd edilir.