Nisbi hündürlük

Vikipediya saytından
Atakhanli (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 22:09, 25 may 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Nisbi hündürlük- Yer səthində iki və ya bir neçə nöqtənin bir-birindən şaquli xətt üzrə olan məsafəsinə deyilir. Nisbi hündürlüyü ölçəndə dəniz səviyyəsi nəzərə alınmır, dərənin dibi, dağın ətəyi və ya zirvəsi sıfır götürülür və başqa bir səviyyəyə nisbətən hesablanır. Məsələn, Azərbaycanda Bazardüzü dağının Babadağına nisbətən hündürlüyünü hesablamaq üçün birincinin hündürlüyündən (4466 metrdən) ikincinin hündürlüyünü (3629 metri) çıxıb nisbi hündürlüyün 837 metr olduğunu tapmaq olar.[1]

  1. O.Osmanov.B.Abdullayev.İzahlı coğrafiya lüğəti.Bakı.1966.