Barik pillə

Atmosferdə barik pillə

[redaktə | mənbəni redaktə et]

Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir.

Okean səthi üzərində barik pillə

[redaktə | mənbəni redaktə et]

Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür. Xəritələrdə eyni təzyiqə malik nöqtələri birləşdirən xüsusi xətlər izobarlar adlanır. Barik pillə ilə yanaşı barik sahədə mövcuddu. Belə ki, barik sahə atmosfer təzyiqinin atmosferdə paylanmasına deyilir. Atmosfer təzyiqi skalyar kəmiyyət olub atmosferin hər bir nöqtəsində o bir qiymətlə ifadə olunur. Belə halda barik sahə özü də skalyar sahə hesab olunur. Hər cür skalyar sahə kimi onu həmin skalyarın bərabər qiymətli səthə kimi təsəvvür etmək olar, müstəvi üzərində isə bərabər qiymətli xətlər kimi.Belə halda barik sahələr izobarik səth və izobarlar olacaq. Odur ki, yer kürəsini əhatə edən atmosfer izobarik səthlərdən ibarətdir. Bu səthlər səviyyə səthlərini çox kiçik bucaq altında kəsib keçir.Hər səth səviyyəsini kəsib keçərkən izobarik səthlər-izobarlar əmələ gətirir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ensiklopediya