Pirqara ziyarətgahı

Vikipediya, azad ensiklopediya
Turkmen (müzakirə | töhfələr) (→‎top: texniki düzəlişlər) tərəfindən edilmiş 13:17, 15 iyun 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Pirqara ziyarətgahı

Pirqara ziyarətgahıŞərur rayonunun Qarxun kəndində ziyarətgah.

Hazırda pirin ərazisi kənd sakinlərindən birinin həyətindədir. Böyük tut ağacının altında olan qəbirdə müsəlman müqəddəslərindən birinin dəfn olunduğu ehtimal edilir. Qəbrin olduğu ərazi metal torla əhatə olunmuşdur. Onun üzərində müxtəlif növlü çay daşları, o cümlədən bir neçə qara daş, gil qablar, parça qalıqları vardır. Qəbirin üzərində olan həvəng tipli daşın üzərində ziyarətçilər şam yandırırlar. Qəbrin baş tərəfində əkilən tut ağacı ziyarətçilər tərəfindən müqəddəs hesab edilir, ona müxtəlif rəngli parçalar bağlanır. Pirqara ziyarətgahını 14-16 əsrlərə aid etmək olar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Abidələri Ensiklopediyası. Naxçıvan: 2008