Sasaki Soiçi

Vikipediya saytından
White Demon (müzakirə | töhfələr) tərəfindən edilmiş 03:59, 22 iyul 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sasaki Soiçi
yap. 佐々木惣一
Doğum tarixi 28 mart 1878(1878-03-28)
Vəfat tarixi 4 avqust 1965(1965-08-04) (87 yaşında)
Təhsili
Fəaliyyəti hüquqşünaslıq
Mükafatları "Mədəniyyət" ordeni
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sasaki Soiçi (佐々木 惣一?, 28 mart 18784 avqust 1965)Yaponiya hüquqşünası. Konstitusionalinzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır.

Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur.[1] 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır.[1] 1909-12-ci illərdə AlmaniyaFransada inzibati hüquq üzrə təhsil almışdır.[1] 1913-cü ildə Kioto Universitetində professor olmuşdur.[1] Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir.[1] Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir.[1]

İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər.[1]

Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur.[1] O, 1952-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[1] Əsas əsərlərinə "Yaponiyanın inzibati hüququ" (1924), "Yaponiya konstitusiyasının mahiyyəti" (1933) və "Yaponiya konstitusiyası" (1949) aiddir.[1][a]

  1. Əsərlərin orijinal adları müvafiq olaraq "Nihon qyoseyho ron", "Nihon kenpo yoron""Nihonkoku kenpo ron" şəklindədir.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 22 iyul 2022.