Şortəpə yaşayış yeri

Vikipediya saytından
Cekli829 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Şortəpə yaşayış yeri''' — Azərbaycan ərazisində arxeoloji abidə Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol...) tərəfindən edilmiş 09:47, 29 mart 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Şortəpə yaşayış yeriAzərbaycan ərazisində arxeoloji abidə

Şortəpə yaşayış yeri Şərur rayonunun İbadulla kəndinin içərisində, Araz çayının sol sahilində yerləşir. Yaşayış yerinin ümumi sahəsi 1,5 ha-dır. Yaşayış yeri 1936-cı ildə Ə.K.Ələkbərovun kəşfiyyat xarakterli qazıntıları ilə öyrənilmişdir. Kür-Araz mədəniyyətinə aid təbəqə abidəninin üzərindən 1,5-3 m dərinlikdə yerləşir. Qazıntı zamanı gil qab parçaları və ocaq qurğularının qalıqları aşkar olunmuşdur. Yaşayış yerində aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində bu dövrə aid gil qab parçaları da toplanmışdır.

Mənbə

  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007