Sabir Sultanov

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (Grenzsoldat tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Ocaqova tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 08:27, 9 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sabir Sultanov
Sabir Kərim oğlu Sultanov
Doğum tarixi
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili

Sultanov Sabir Kərim oğlu — azərbaycanlı aktyor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sabir Sultanov 22 iyul 1946-cı ildə anadan olmuşdur. 1973-cü ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsini bitirmiş, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilmişdir. İşgüzarlığı və qabiliyyəti sayəsində aparıcı səhnə ustalığına qədər yüksəlmişdir. Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malikdir. Ona görədir ki, o həm rus, həm də Azərbaycan bölmələrində repertuarda olan tamaşaların əsas rollarının ifaçısı olmuşdur. O klassik və müasir bəstəkarların əsərlərində özünəməxsus bir sıra obrazlar yaratmışdır. Fərəc Qarayev, Eduarda de Flippo "Filumeno Marturano"da Alfredo, İmre Kalman "Tsiqan primyer"də Estraqon, İmre Kalman "Silva"da Ferri, Fras Leqar "Şən dul qadın"da Kramon, Mixail Qluza, Qriqori Qriqori, Şalom-Aleyxem "Pominalnaya molitva"da Stepan, Süleyman Ələsgərov, Salam Qədirzadə "Həmişə xanım"da Azər, Üzeyir Hacıbəyli "O olmasın, bu olsun"da İnteligent Həsən, Emin Sabitoğlu, Sabit Rəhman "Hicran"da Orxan, (ikinci qruluşda Mitoş) Aydın Əzimov, Vaqif Səmədoğlu "Lotareya"da Nömrə Nadir, İmre Kalman "Mariça"da Penijek, Qara Qarayev "Neistvıy qaskones"də Qraf De Qış və bu kimi rəngarəng obrazlar yaratmışdır.

2010-cu il 13 yanvar tarixində Bakı şəhərində vəfat etmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. İşarəni dənizdən gözləyin (film, 1986) - Müsavatçı
  2. Meyl (film, 1988)
  3. Gecə qatarında qətl (film, 1990)
  4. Yaşıl eynəkli adam-2 (film, 1999) - Feyzulla
  5. Nigarançılıq (film, 1998) - Müəllim Qulu
  6. Yeni həyat (2005)

Mənbə[redaktə | mənbəni redaktə et]