Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultanov Sabir Kərim oğlu — azərbaycanlı aktyor.
Sabir Sultanov | |
---|---|
Sabir Kərim oğlu Sultanov | |
Doğum tarixi | |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Fəaliyyəti | aktyor |
Təhsili |
Sabir Sultanov 22 iyul 1946-cı ildə anadan olmuşdur. 1973-cü ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsini bitirmiş, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilmişdir. İşgüzarlığı və qabiliyyəti sayəsində aparıcı səhnə ustalığına qədər yüksəlmişdir. Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malikdir. Ona görədir ki, o həm rus, həm də Azərbaycan bölmələrində repertuarda olan tamaşaların əsas rollarının ifaçısı olmuşdur. O klassik və müasir bəstəkarların əsərlərində özünəməxsus bir sıra obrazlar yaratmışdır. Fərəc Qarayev, Eduarda de Flippo "Filumeno Marturano"da Alfredo, İmre Kalman "Tsiqan primyer"də Estraqon, İmre Kalman "Silva"da Ferri, Fras Leqar "Şən dul qadın"da Kramon, Mixail Qluza, Qriqori Qriqori, Şalom-Aleyxem "Pominalnaya molitva"da Stepan, Süleyman Ələsgərov, Salam Qədirzadə "Həmişə xanım"da Azər, Üzeyir Hacıbəyli "O olmasın, bu olsun"da İnteligent Həsən, Emin Sabitoğlu, Sabit Rəhman "Hicran"da Orxan, (ikinci qruluşda Mitoş) Aydın Əzimov, Vaqif Səmədoğlu "Lotareya"da Nömrə Nadir, İmre Kalman "Mariça"da Penijek, Qara Qarayev "Neistvıy qaskones"də Qraf De Qış və bu kimi rəngarəng obrazlar yaratmışdır.
2010-cu il 13 yanvar tarixində Bakı şəhərində vəfat etmişdir.