Dariqanqa

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.1) tərəfindən edilmiş 23:36, 10 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Dariqanqa (monq. Дарьганга) — Monqolustanın şərqində Süxbaatar aymakında təpəli düzənlik sahə.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Sahənin çox hissəsi bazalt lavası ilə ör­tülüdür. Çoxlu sönmüş vulkan konusları (Şiliyn-­Boqdo­-Ula, 1778 m; Boqdo­Ula, 1750 m; Dzotol­-Xan­-Ula, 1373 m və s.), cənub-qərbdə qum massivləri var. Dariqanqa üçün qədim quru çay vadiləri xarakterikdir. Bitkisi yarımsəhra və çöl tiplidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "DARİQANQA". 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.