Dariqanqa

Dariqanqa (monq. Дарьганга) — Monqolustanın şərqində Süxbaatar aymakında təpəli düzənlik sahə.[1]

Sahənin çox hissəsi bazalt lavası ilə ör­tülüdür. Çoxlu sönmüş vulkan konusları (Şiliyn-­Boqdo­-Ula, 1778 m; Boqdo­Ula, 1750 m; Dzotol­-Xan­-Ula, 1373 m və s.), cənub-qərbdə qum massivləri var. Dariqanqa üçün qədim quru çay vadiləri xarakterikdir. Bitkisi yarımsəhra və çöl tiplidir.

  1. "DARİQANQA". 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-01.