Mahmud bəy Vəlibəyov
Mahmud bəy Vəlibəyov | |
---|---|
Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Həyat yoldaşı | Məhbubə xanım Mirzə Kərim bəy qızı Hacıyeva |
Uşaqları | Həsənəli bəy, Hüseyn bəy, Vəli bəy, Rüstəm bəy |
Atası | Həsənəli bəy Vəlibəyov |
Təhsili |
Sankt-Peterburq Universiteti, İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1] |
Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov – Sankt-Peterburq Universitetinin məzunu, notarius.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mahmud bəy Həsənəli bəy oğlu 1884-cü ildə Cavanşir qəzasının Xocalı kəndində anadan olmuşdu. Şuşa şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1908-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakultəsinə daxil olmuşdu. 1914-cü ildə buranı tamamladiqdan sonra, Azərbaycana qayıtmış və Bakı şəhərində notarius vəzifəsində iş fəaliyyəyinə başlamışdı. Azərbaycanın ilk notariusudur. Mahmud bəy 1946-cı ildə vəfat edib.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Mahmud bəy Məhbubə xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Həsənəli bəy, Hüseyn bəy, Vəli bəy, Rüstəm bəy adlı oğulları vardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Vəlibəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2011, №2, səh.3-19.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.