İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu

Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir.

Kiyev Politexnik İnstitutu
НТУУ КПІ ім. Ігоря Сікорського, КПИ
Національний технічний університет України «Київський політехнічний інститут імені Ігоря Сікорського»
Loqonun şəkli
Xəritə
50°26′58″ şm. e. 30°27′38″ ş. u.HGYO
Əsası qoyulub 31 avqust 1898
Tip dövlət
Rektor Mixaylo Zqurovski
Tələbə sayı 48600
Şəhər Kiyev
Ölkə
Ünvan 03056, Kiyev, Qələbə p-ti, ev. 37
Sayt kpi.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın "Universitetlərin Böyük Xartiyasını" (" Magna Charta Unіversіtatum") imzalayaraq universitetlər birliyinə qoşulub.

İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir.

Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir.

Binası

Kiyev Politexnik İnstitutu 31 avqust 1898-ci ildə imperator II Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi:

  • mexaniki (109 tələbə)
  • mühəndislik (101 tələbə)
  • kənd təsərrüfatları (87 tələbə)
  • kimya (63 tələbə)

İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s. kimi korifeyləri göstərmişlər. D. İ. Mendeleyev hətta 1903-cü ildə KPİ-nun Dövlət imtahan komissiyasının birinci sədri olmuşdur.

Politexnik institutunun korpusları professor İ. S. Kitnerin layihəsi üzrə tikilmişdir, hansını ki, tikinti prosesində institutunun müəllimi A. V. Kobelev əvəz etmişdir.

Universitet artıq 110 ildən çox universitet şəhərciyi kimi işləyir və inkişaf edir, hansında ki, 160 hektar bir ərazidə təhsil, idman məşğələləri, istirahət, həmçinin ümumilikdə 50-minlik kollektivin şəxsi maraqlarla məşğuliyyətləri üçün şəraitlər üzvi surətdə birləşdirilmişdir.

8 aprel 1995-ci ildə Ukrayna Prezidentinin 289/95 №-li "Kiyev politexnik institutu Haqqında" fərmanı ilə KPİ-na Ukraynanın Milli Texniki Universiteti statusu verilmişdir.

İnstitutlar və fakültələr

[redaktə | mənbəni redaktə et]
Baş korpus

Bu gün universitetin tərkibinə 20 fakültə; 10 tədris-elmi institut, hansıların ki, arasında 2 hərbi; Slavutiç və Paltava şəhərlərində filiallar; 12 elmi tədqiqat institutu və 14 elmi mərkəz daxildir. Bu belə institutlar və fakültələrdir:

İnstitutlar
  • "Tətbiqi sistem analizi institutu" tədris-elmi kompleksi (TSAİ)
  • Fiziki-texniki institut (FTİ)
  • Hərbi telekommunikasiyalar və informasiyalandırma (HTTİ UMTU "KPİ") institutu
  • Nəşriyyat-poliqrafiya institutu (NPİ, VPİ)
  • Mexaniki-maşınqayırma institutu (MMİ)
  • Enerjiyə qənaət və enerji menecment institutu
  • Telekommunikasiya sistemləri institutu
  • Diplomdan sonrakı təhsil institutu
  • Universitetə qədər hazırlıq və peşəkar oriyentasiya institutu
  • Xüsusi əlaqə və informasiyanın qorunması institutu
Fakültələr
  • Tətbiqi riyaziyyat fakültəsi (TRF)
  • İnformatika və hesablayıcı texnika fakültəsi (İHTF)
  • "Tətbiqi sistem analizi İnstitutu" tədris-elmi kompleksin ikinci ali və diplomdan sonrakı təhsil fakültəsi
  • Fizika-riyaziyyat fakültəsi (FRF)
  • Aviasiya və kosmik sistemlər fakültəsi (AKSF)
  • İstilik enerjisi fakültəsi (İEF)
  • Elektronika fakültəsi (ELF)
  • Elektroenerjitexnika və avtomatika fakültəsi
  • Mühəndislik-fizika fakültəsi (MFF)
  • Mühəndislik-kimya fakültəsi
  • Kimya-texnoloji fakültə
  • Universitetarası tibbi-mühəndislik fakültəsi
  • Cihazqayırma fakültəsi (CQF)
  • Radiotexnika fakültəsi (RTF)
  • Qaynaq fakültəsi
  • Biotexnologiya və biotexnika fakültəsi (BBF)
  • Linqvistika fakültəsi
  • Menecment və marketinq fakültəsi (MMF)
  • Sosiologiya və hüquq fakültəsi
  • Hərbi telekommunikasiyalar və informasiyalandırma institutunun hərbi əlaqə vasitələri fakültəsi (Paltava)

Universitet 125 ixtisas üzrə bakalavrların, 115 ixtisas üzrə mütəxəssislərin, mühəndislik magistrlərinin, magistrlərin, elmlər namizədlərinin və elmlər doktorlarının hazırlığını həyata keçirir. Universitetin müəllim tərkibi arasında 10 akademik və Ukrayna MEA-nın müxbir-üzvü, 375 professor, elm doktorları, 1175 dosent, elmlər namizədləri var.

Universitetdə xarici dinləyicilər üçün hazırlıq bölməsi işləyir, hansı ki, onlar 10 ay boyunca Ukrayna, rus və ya ingilis dillərini, riyaziyyatı, fizikanı, biologiyanı və başqa fənləri o həcmdə öyrənirlər, hansı ki, sonrakı universitet proqramına yiyələnmək üçün lazımdır.

Ən çox sənəd verilən fakültəsi

[redaktə | mənbəni redaktə et]

Kiyev Politexnik İnstitutunun abituriyentlər tərəfindən ən çox maraq göstərilən fakültəsi informatika və hesablama texnikası fakültəsidir. Fakültə proqram məhsullarının hazırlanması, istismarı və kompüter və kompüterləşmiş sistemlərin və şəbəkələrin texniki vasitələri, həmçinin elm və sənayenin müxtəlif sahələrində müasir informasiya texnologiyalarının tətbiqi üzrə ixtisaslaşdırılmış mütəxəssislər hazırlayır.

Bu fakültənin məzunları əsasən proqram-aparat komplekslərinin rəhbəri və istehsalçısı, layihə menecerləri, informasiya inzibatçısı, dövlət və özəl sektorda, istehsal sahəsində, bank müəssisələrində və firmalarda, kompüter və kompüterləşmiş sistemlərin və şəbəkələrin administratorları kimi çalışırlar.

Fakültədə texniki sistemlərdə avtomatika və idarə etmə, hesablama texnikası, texniki kibernetika, informasiyanın emalı və idarə etməsinin avtomatlaşdırılmış sistemləri kafedraları fəaliyyət göstərir.

Ali məktəbdə tədris prosesi

[redaktə | mənbəni redaktə et]

Universitetdə tədris prosesi təcrübəli Ukraynalı müəllimlər və məşhur alimlər tərəfindən həyata keçirilir. İnstitutun pedaqoji heyətinə Ukrayna Milli Elmlər Akademiyasının 10 akademiki və müxbir üzvü, 260 professor, elmlər doktorları və 1249 dosent, elmlər namizədləri daxildir.

Ali təhsil ocağının auditoriyalar və laboratoriyaları müasir avadanlıqla təchiz edilib. Bu avadanlıqlar tədris prosesini və elmi araşdırmaları keçirilməsini yüksək səviyyədə həyata keçirməyə, lokal (Іntranet) və qlobal (İnternet) şəbəkədən istifadə etməklə təhsildə ən yeni texnologiyaları tətbiq etməyə imkan verir. Qeyd edək ki, universitet ali təhsildə islahatlar aparılmasının təşəbbüskarlarından biri və bilavasitə iştirakçısıdır, pilləli sistemin tətbiqinin, Bolonya prosesinə Ukraynanın birləşməsinin aktiv tərəfdarıdır.

Təhsilin informasiyalaşdırılması

[redaktə | mənbəni redaktə et]

Ali məktəbin bazasında təhsildə informasiya texnologiyaları Ukrayna institutu yaradılıb. Şərqi-Avropa virtual universiteti bir sıra ölkələrin vətəndaşları üçün keyfiyyətli ali təhsil almaq imkanlarını genişləndirib. Universitet Ukraynada təhsilin və elmin hərtərəfli informasiyalaşdırılması üçün infrastrukturun, süni intellektin və interaktiv texnologiyaların elementlərinin hazırlamalarının inkişafını nəzərdə tutan "Superkompüter hesablamalar və verilənlər mərkəzi"nin yaradılmasının təşəbbüskarıdır.

Universitetin elmi parkı

[redaktə | mənbəni redaktə et]

Universitetdə yaradılan elmi park yüksəktexnologiyalı hazırlamaların effektiv kommersiyalaşmasına imkan yaradan innovasiya prosesinin təşkili formasıdır. Layihənin əsas məqsədi biznes, universitet və elmi park arasında qarşılıqlı təsir sistemini qaydaya salmaqdan ibarətdir.

İştirakçıların qarşılıqlı təsirinin şəffaf sxemi və inkişaf etmiş infrastruktur genişmiqyaslı layihələrin reallaşdırması üçün innovasiya şirkətləri və riskli investorlar cəlb edir.

Elmi-tədqiqat istiqamətləri

[redaktə | mənbəni redaktə et]

2007-ci ildən ali məktəbə tədqiqat universiteti statusu verilib. Bu gün institutda yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və Ukrayna iqtisadiyyatın inkişafı üçün elmi araşdırmalar həyata keçirilir. Araşdırmaların əsas prioritet istiqamətlərini informatika sahəsində müasir texnologiyalar, maşınqayırma, kimya, materialşünaslıq, məlumat şəbəkələri və informasiya — kommunikasiya texnologiyaları, enerjiyə qənaət problemləri və enerjiyə qənaət edən texnologiyaların inkişafı, monitorinq və ətraf mühitin qorunması, nüvə və texnogen qəzalarının nəticələrinin aradan qaldırılması, kosmik və aviasiya texnologiyaları, tədqiqat və insan resurslarından istifadə, tibbi mühəndislik, sistem analizi və qərarların qəbul olunması təşkil edir.

Elmi məhsulun (yeni nəzəriyyələr, konsepsiyalar, metodlar, metodikalar, riyazi modellər və s.) alınması məqsədilə fundamental tədqiqatların uğurla icrası prinsipial olaraq yeni texniki həllərin yaradılmasına təsir etməyə, əhəmiyyətli sosial və iqtisadi problemləri həll etməyə imkan verir.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Universitet xarici partnyorlarla əməkdaşlığı və xarici vətəndaşların hazırlığını uğurla həyata keçirir. Ali məktəb yarandığı vaxtdan indiyədək 112 xarici ölkə üçün 5000-dən artıq mühəndis, elmlər namizədi və elmlər doktoru hazırlayıb.

Ali təhsil müəssisəsi dünyanın 34 ölkəsindən olan 91 texniki ali məktəblə, bir sıra beynəlxalq təşkilatlar (Avropa Birliyi, CU, UNDP, UNESS, UNІDO, WІPO, NATO, EDNES, ІCSU, CODATA, həmçinin nüfuzlu şirkətlərlə (Motorola, Siemens, Festo, Samsung, ІNTEL və s.) əməkdaşlıq edir, beynəlxalq maarifləndirici, elmi layihələrin və proqramların icrasında iştirak edir.

Ali məktəb beynəlxalq əməkdaşlığı aşağıdakı istiqamətlər üzrə reallaşdırır:

  • xarici vətəndaşların mütəxəssis olaraq hazırlanması;
  • dövlətlərarası, universitetarası razılaşmalar əsasında xarici universitet-partnyorlarla əməkdaşlıq;
  • müxtəlif beynəlxalq layihələrdə, proqramlarda iştirak, məsələn TEMPUS (TACIS), COPERNICUS və s.;
  • xarici partnyorların sifarişi əsasında elmi araşdırmaların icra edilməsi; sosial, humanitar sferada əməkdaşlıq.

Əcnəbi vətəndaşlar üçün

[redaktə | mənbəni redaktə et]

Əcnəbi vətəndaşların universitetdə təhsili Beynəlxalq Təhsil Mərkəzinin Hazırlıq bölməsində başlanır və üç dildə aparılır: Ukrayna, rus və ingilis dillərində (seçim əsasında).

Ali təhsil müəssisəsi xarici tələbələrin təhsili üçün təhlükəsiz mühit təklif edir. Universitetin 160 hektar ərazisində 50000 insan çalışır və təhsil alır, muxtar təhlükəsizlik xidməti, mühafizəçilər və polis şöbəsi fəaliyyət göstərir.

Ukraynada yaşamaq üçün xərclər və təhsil haqqı Qərbi Avropa, Şimali AmerikaAvstraliya ölkələri ilə müqayisədə xeyli aşağıdır.

KPİ Ukrayna universitetlərinin müxtəlif reytinqlərində daim birinci yerləri tutur. 2011-ci ildə o ilk dəfə universitetlərin QS WorldUniversityRankings reytinqinin yeddinci yüzlüyünə daxil oldu.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Directory of Open Access Journals. 2003.