Qulu Ağsəs

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 2 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 14:02, 2 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qulu Ağsəs
Zeynalov Qulu Ağsəs oğlu
Doğum tarixi (55 yaş)
Doğum yeri Ağdam
Fəaliyyəti şair
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015

Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).

Həyatı[redaktə | mənbəni redaktə et]

Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.

1993-cü ildə mükafat almışdır. "Avropa" qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.

27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub[1]. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri "Azərbaycan pioneri" jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib[2].

"Sənsən hər yer", "Külək poçtdu", "Nabran novellası" və "Nöqtələr" kitablarının müəllifidir[3].

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.[4]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Sənsən hər yer"
  • "Külək poçtdu",
  • "Nabran novellası"
  • "Nöqtələr"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Lent.az. "Elçin Hüseynbəyliyə və Qulu Ağsəsə yeni vəzifə verildi" (az.). news.lent.az. 27.03.2014/14:26. 2014-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.
  2. Modern.Az. "Qulu Ağsəs: "Bizdə aşıq yoxdur"" (az.). news.milli.az. 17:24, 17 yanvar 2011. İstifadə tarixi: 2014-03-28.
  3. "Qulu Ağsəs" (az.). ayb.az. 29.12.2013 15:32. 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-28.
  4. President. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.