Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).
Qulu Ağsəs | |
---|---|
Zeynalov Qulu Ağsəs oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam |
Fəaliyyəti | şair |
Mükafatları |
Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.
1993-cü ildə mükafat almışdır. "Avropa" qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub[1]. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri "Azərbaycan pioneri" jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib[2].
"Sənsən hər yer", "Külək poçtdu", "Nabran novellası" və "Nöqtələr" kitablarının müəllifidir[3].
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.[4]