Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 12:48, 22 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü
Rəsmi adı Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü2006-cı il 6 dekabrdan etibarən hər il qeyd olunan peşə bayramı.[1]

Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib.[2]

Hər il peşə bayramı ilə əlaqədar olaraq, bu sahədə çalışanlar müxtəlif fəxri adlar və Azərbaycanın digər dövlət təltifləri ilə təltif edilirlər.[3]

İndiki Azərbaycan ərazilərinə aid ilk ciddi rabitə fəaliyyəti Hülakülər dövlətinə təsadüf edir. Tarixə məlum olan ilk yazılı mənbə Qazan xanın 1303-cü ildə dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirməsidir. Poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli isə ilk dəfə 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən qoyulub.

Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi isə birbaşa 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.

  1. "6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür". Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) (az.). 06.12.2020. İstifadə tarixi: 22.10.2022.
  2. "Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 2 dekabr 2006. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.10.2022.
  3. "Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır". azertag.az (az.). 06.12.2021. İstifadə tarixi: 22.10.2022.