Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü — 2006-cı il 6 dekabrdan etibarən hər il qeyd olunan peşə bayramı.[1]
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü | |
---|---|
Rəsmi adı | Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü |
Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il, 1804 nömrəli sərəncamı ilə təsis edilib.[2]
Hər il peşə bayramı ilə əlaqədar olaraq, bu sahədə çalışanlar müxtəlif fəxri adlar və Azərbaycanın digər dövlət təltifləri ilə təltif edilirlər.[3]
İndiki Azərbaycan ərazilərinə aid ilk ciddi rabitə fəaliyyəti Hülakülər dövlətinə təsadüf edir. Tarixə məlum olan ilk yazılı mənbə Qazan xanın 1303-cü ildə dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün poçt sahəsində islahatlar həyata keçirməsidir. Poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli isə ilk dəfə 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən qoyulub.
Peşə bayramının hər il 6 dekabr tarixində keçirilməsi isə birbaşa 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə bağlıdır.