Elxan Səmədov

Vikipediya, azad ensiklopediya
TiFFOZi iz Baku (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:50, 21 dekabr 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Elxan Səmədov
Elxan Zakir oğlu Səmədov
PFL Prezidenti
PFL Prezidenti
Doğum tarixi (50 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı 1
Atası Zakir Səmədov
Milliyyəti azərbaycanlı
Dini İslam
İxtisası Filoloq
Təhsili Azərbaycan Dövlət Dillər Universiteti, “Georgetown University” “International Law Institute”
Fəaliyyəti futbol
www.pfl.az

Elxan Səmədov (Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2022—bu günə kimi).

Həyatı

Təhsili

Elxan Zakir oğlu Səmədov 1974-cü il 14 yanvar tarixində Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə oxuyub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. 1995-1999-cu illərdə bu Univeristetin Aspiranturasında təhsilini davam etdirib.

2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center” Mərkəzində təhsil alıb. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən “Georgetown University”nin “International Law Institute”nda təhsil alıb.

İş təcrübəsi

1993-1999 “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində. 1999-2001 Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri. 2001-2009 “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində. 2009-2010 AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru. 2013-2015 Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri. 2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri. 2022-ci ildən bugünədək PFL-in Prezidenti.

Ailəsi

Evlidir, bir övladı var.

Digər məlumat

UEFA-nın məşqçilər üzrə “B” lisenziyasına sahibdir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda və beynalxalq arenada, peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.

Bildiyi xarici dillər - Azərbaycan, rus, ingilis və türk dilləri.[1]

İstinadlar