Elxan Səmədov (Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2022—bu günə kimi).
Elxan Səmədov | |
---|---|
Elxan Zakir oğlu Səmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | 1 |
Atası | Zakir Səmədov |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
İxtisası | Filoloq |
Təhsili | Azərbaycan Dövlət Dillər Universiteti, “Georgetown University” “International Law Institute” |
Fəaliyyəti | futbol |
www.pfl.az |
Elxan Zakir oğlu Səmədov 1974-cü il 14 yanvar tarixində Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə oxuyub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. 1995-1999-cu illərdə bu Univeristetin Aspiranturasında təhsilini davam etdirib.
2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center” Mərkəzində təhsil alıb. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində yerləşən “Georgetown University”nin “International Law Institute”nda təhsil alıb.[1]
1993-1999 “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində. 1999-2001 Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri. 2001-2009 “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində. 2009-2010 AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru. 2013-2015 Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri. 2021-ci ildən bu günədək AFFA-da VAR şöbəsinin rəhbəri. 2022-ci ildən bu günədək PFL-in Prezidenti.
Evlidir, bir övladı var.
UEFA-nın məşqçilər üzrə “B” lisenziyasına sahibdir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda və beynalxalq arenada, peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.
Bildiyi xarici dillər - rus, ingilis və türk dilləri.[2]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |