Azad Novruzov
Azad Novruzov | |
---|---|
Novruzov Azad Sevindik oğlu | |
Doğum tarixi | 1 iyun 1965 (58 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Pedaqogika üzrə fəlsəfə doktoru |
Elmi adı | Dosent |
İş yeri | Naxçıvan Müəllimlər İnstitutu |
Təhsili | ali, Naxçıvan Dövlət Universiteti |
Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur.
1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır.
1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur.
Elmi və pedoqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]
1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir.
2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır.
Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]
2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Naxçıvan Müəllimlər İnstitutu". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-17.