Çin xenomelesi

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) (Sortilegus Çin heyvası səhifəsinin adını Çin xenomelesi olaraq dəyişdi.) tərəfindən edilmiş 21:10, 31 yanvar 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Çin xenomelesi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

Yabanı halda Çində və Yaponiyada bitir.Vətəni Çindir.

Botaniki təsviri

Hündürlüyü 1 - 6 m olan yarımhəmişəyaşıl kol və ya kiçik ağacdır. Zoğları tikanlı və ya tikansızdır. Yarpaqları növbəli, dişli, kəsiyində oyuqlu, saplaqları 2 sm-dək uzunluqdadır. Yalançı zoğları tökülür. Çiçəkləri iri, diametri 3-4,5 sm, tək və ya 2-6 ədəd qısa salxımlara yığılmışdır. Çox vaxt yarpaqlar əmələ gələnədək açılır. Çiçək tacı çəhrayı, ağ və ya qırmızı rəngli, beş ləçəklidir. Kasacığı meyvələr əmələ gəldikdə düşür, beş ləçəklidir. Kasacığı meyvələr əmələ gəldikdə düşür, beş xırda dişli və ya bütöv kasayarpaqlıdır. Hər çiçəkdə 20-50 erkəkcik, beş dişicik vardır. Sütuncuqları bünövrəsində birləşir, yumurtalığı beş yuvalı, aşağıdır. Meyvəsi iri, armudvari və ya almavari formalı, təxminən oturaqdır. Toxumları endospermsiz, qonur rəngli, yuxarı hissəsi uzunsov və ucu biz, alt tərəfi yumrudur. Sentyabr - oktyabr aylarında yetişir. Oduncağı qonur və ya çəhrayı qonur rəngli, seyrək borucuqlu, yaxşı bilinən illik halqalıdır.

Ekologiyası

İşıqsеvəndir, tüstüyə davamlıdır. Humusla zəngin, orta rütubətliliyi olan yüngül gillicəli və gilli-qumlu torpaqlarda yaхşı bitir.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Yaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlər salmaq üçün istifadə oluna bilər. Mеyvələri turş olub, ətlidir. Mürəbbə, kampot, kisеl, jelе və s. hazırlanmasında itsifadə olunur.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  9. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.