Rusiya Zəhmətkeşləri İttifaqı

Vikipediya saytından
Solavirum (müzakirə | töhfələr) (y) tərəfindən edilmiş 21:55, 26 fevral 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

ABŞ və Kanadada Rusiya Zəhmətkeşləri İttifaqı (ing. Union of Russian Workers in the United States and Canada) və ya sadəcə Rusiya Zəhmətkeşləri İttifaqı (RZİ; rus. Союз Русских Рабочих) — 1908-ci ildə ABŞ-da Rusiyadan olan mühacirlər tərəfindən yaradılmış əmək təşkilatı. İttifaqın üzvlərinin əksəriyyəti siyasi təqiblərdən və iqtisadi sıxıntılardan xilas olmaq üçün Rusiyadan qaçan fabrik işçiləri və kəndlilər idi. RZİ ABŞ və Kanadadakı rusiyalı fəhlələri sosializm bayrağı altında birləşdirməyə, daha yaxşı iş şəraiti və əmək hüquqları uğrunda mübarizə aparmağa çalışırdı. RZİ anarxizm ideyalarından güclü şəkildə təsirlənmişdi. Həmçinin, təşkilatın bir çox liderləri və üzvləri anarxist dairələrdə fəal idilər.