Sərxan Sərxan (müğənni)

Vikipediya saytından
Toghrul R (müzakirə | töhfələr) (KU: Kateqoriya:Humay mükafatı laureatlarıKateqoriya:"Humay" mükafatı laureatları) tərəfindən edilmiş 06:38, 13 mart 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sərxan Sərxan
Ümumi məlumatlar
Doğum adı Sərxan Rəşid oğlu Qurbanbəyov
Doğum tarixi (71 yaş)
Doğum yeri Bakı, Bakı vilayəti, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr estrada[d]
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987

Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018).

Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib.

30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb.[1]

  • Танго (azərb. Tanqo‎) — 3:43
  • Осень (azərb. Payız‎) — 4:06
  • Прости (azərb. Bağışla‎) — 3:38
  • Море (azərb. Dəniz‎) — 3:32
  • Байрам (azərb. Bayram‎) — 3:41
  • История (azərb. Tarix‎) — 3:53
  • О Любви (azərb. Eşq haqqında‎) — 3:21[2]
  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  2. Q., Fərhad. "Дискография". sarhan-sarhan.ru. 2009. 30 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2018.