Bakı vilayəti — Azərbaycan SSR-də 1952–1953-cü illər arasında mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bakı şəhəri idi.
Tarixi Azərbaycan əraziləri | |
Bakı vilayəti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | SSRİ |
Bölgə | Azərbaycan SSR |
İnzibati mərkəz | Bakı |
Əsası qoyulub | 3 aprel 1952 |
Ləğv edilib | 23 aprel 1953 |
Xəritədə yeri | |
|
Bakı vilayəti 3 aprel 1952-ci il tarixdə, Gəncə vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. O, Azərbaycan SSR ərazisinin bütün şərq və cənub hissəsini əhatə edirdi və 32 rayona — Əli Bayramlı, Astara, Astraxanbazar, Ağsu, Cəbrayıl, Dəvəçi, Jdanov, Zəngilan, İmişli, İsmayıllı, Qazıməmməd, Qaryagin, Qonaqkənd, Qubadlı, Qusar, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Mərəzə, Masallı, Puşkin, Saatlı, Sabirabad, Xaçmaz, Xızı, Xıllı, Xudat, Şamaxı və Yardımlı rayonlarına bölünürdü.
Vilayətin İcraiyyə Komitəsinin sədri Həsən Seyidov, K(b)P vilayət komitəsinin sədri Mirteymur Yaqubov idi.[1]
Bakı vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir.[2]