Nemoral lekanora
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Nemoral lekanora | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.[1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır.[1][2][3][4]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır.[1][2]
Yayılması[redaktə | mənbəni redaktə et]
Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.[1][2][4][5][6]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyanın sayı məhdudlaşır. Xalq təbabətində istifadə olunan antibiotik tərkibli, lekanorin turşularının öyrənilməsinə ehtiyac vardır.[1][2][5][6][7]
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Meşələrin qırılması, meyvə bağlarının rekonstruksiyası, atmosfer çirklənmələridir.[1][2][7]
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Növün rast gəlmə yerini tam mühafizəyə almaq, populyasiyalar üzərində daimi nəzarət təşkil etmək, meşələrin qırılmasını qəti qadağan etmək, yeni yayılma yerlərini axtarmaq, rast gəlmə yerlərinə yasaqlıqlar etmək lazımdır.[1][2][7]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
- ↑ 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
- ↑ Макаревич М.Ф. 1963
- ↑ 1 2 Определитель лишайников СССР, 1978
- ↑ 1 2 Новрузов В.С. 1972
- ↑ 1 2 Новрузов В.С. 1990
- ↑ 1 2 3 Tərtibçnin məlumatı