Yaradılışın hədəfi (Hacı Şahin)

Vikipediya saytından
Samral (müzakirə | töhfələr) (Yeni səhifə yaradıldı) tərəfindən edilmiş 09:44, 21 mart 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yaradılışın hədəfi
İlk nəşr
İlk nəşr
Müəllif Hacı Şahin
Janr Din
Orijinalın nəşr ili 2021
Nəşriyyat İrşad
Səhifə 128
Əvvəlki Haradan başlamalı
Sonrakı Xoşbəxt ailə modeli
ISBN 9789952525977

Yaradılışın hədəfiHacı Şahinin 2-ci kitabı.[1]

Hacı Şahin daha əvvəl bu mövzuda Məşədi Dadaş məscidində "Cümə namazı" xütbələrində bu mövzuda danışıb.[2]

Kitab 2022-ci ildə Darul Hikmət Elm və Tədris Mərkəzi tərəfindən səsləndirilib.[3]

Məzmun

Bu kitab bir axtarış, insanda “niyə”, “nə üçün”, “nə vaxt” suallarını yaratma cəhdidir. Ola bilərmi, bu qədər rəngarəngliyin, sürətin içində dalana dirənmişik, bozluq hər tərəfdən bizi əhatələyib, hər şey “apdeyt” olsa da, əslində, heç nə dəyişmir?

Hacı Şahin Həsənli “Yaradılışın hədəfi” kitabında hazırda dəbdə olan “liberalizm”, “plüralizm”, “sağçılıq”, “solçuluq” anlayışlarını təhlil etməyə çalışır, dalandan qurtulmaq üçün alternativ yollar təqdim edir. Və bu təşəbbüsdə çağdaş dünya perspektivinin qeyri-kafiliyi, insanın daxili potensialını tamlıqla görə bilməmə faktı aşkara çıxır.

Müəllifin fikrincə, inanclı təbəqə də bu proses zamanı nostalgiyaya qapılmaq, marginallaşma, dini yalnız bir baxış bucağından görmək kimi problemlərlə üzləşib.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər