Xoşbəxt ailə modeli — Hacı Şahinin 3-cü və son kitabı.[1]
Xoşbəxt ailə modeli | |
---|---|
| |
Müəllif | Hacı Şahin |
Janr | Psixologiya |
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2022 |
Nəşriyyat | İrşad |
Səhifə | 112 |
Əvvəlki | Yaradılışın hədəfi |
ISBN | 9789952547221 |
Kitabda Hacı Şahin son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorlar və onların çarələri barədə bəhs edir. Müəllif hesab edir ki, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Bunun üçün isə müasir dünyada ailə anlayışına yeni məzmun verilməlidir.[2]
Kitab 2022-ci ildə "Kitabdan ses" YouTube kanalı tərəfindən səsləndirilib.[3]
İnsanlararası münasibətlərin ciddi transformasiyaya məruz qaldığı bir dövrdə ailə haqqında yanaşmalar da dəyişir. Bu təsisatın müxtəlif mədəniyyətlərdə yerini, bəşər tarixindəki rolunu, insanın şəxsi inkişafına təsirini nəzərə alanda ailə dəyərlərinin gələcəyi haqda narahat olmalıyıq.
Bu kitabda Hacı Şahin Həsənli son dövrlərdə ailə institutunun dağılmasına səbəb olan faktorları təhlil edib, onlara çarə tapmaqla yanaşı, ictimai münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçid imkanları haqda da bəhs edir.
Müəllifin fikrincə, ailə dəyərlərinin istismarı onların inkarı ilə nəticələnməməlidir. Əksinə, müxtəlif kritik hadisələrlə formalaşan müasir dünyada ailə təsisatına yeni məzmun verilməlidir. Kişi-qadın, valideyn-övlad münasibətləri üçün yeni formalar deyil, məhz yeni yanaşmalar düşünülməlidir.