Pasita Abad

Vikipediya saytından
Leylusha03 (müzakirə | töhfələr) (→‎Həyatı) tərəfindən edilmiş 08:49, 4 aprel 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Pasita Abad
ing. Pacita Barsana Abad[1]
File:Pacita Abad.jpgpx
Doğum tarixi
Doğum yeri Filippin
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Sinqapur
Vəfat səbəbi ağciyər xərçəngi
Fəaliyyəti rəssam
pacitaabad.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pasita Abad (Pasita Abad; 5 oktyabr 1946, Basko, Filippin - 7 dekabr 2004, Sinqapur) - Amerika-Filippinli rəssam. O, Filippinin şimal hissəsində, LusonÇin Respublikası arasında kiçik bir adada, Baskoda anadan olub. Onun 30 illik sənət karyerası təhsilini təkmilləşdirmək üçün ABŞ-a səfəri zamanı başlayıb. Onun əsərləri 200-dən çox muzey, qalereya və digər məkanlarda, o cümlədən dünyanın 75 fərdi sərgisində nümayiş etdirilib. Rəssamın əsərlərini indi 70-dən çox ölkədə ictimai, korporativ və şəxsi kolleksiyalarda görmək olar.

Həyatı

1967-ci ildə Abad Filippin Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. 1970-ci ildə o, hüquq təhsili almaq niyyəti ilə ABŞ-a gəldi, lakin əvəzində 1972-ci ildə San Fransiskodakı Lone Mountain Universitetində Asiya Tarixi üzrə bakalavr və magistr (MA) dərəcələrini aldı. Rəssam Koliforniyada beynəlxalq inkişaf iqtisadiyyatı üzrə magistr dərəcəsi almış Stanford tələbəsi Cek Qarriti ilə ailə həyatı qurur. Abad Vaşinqtonda Corcoran İncəsənət Məktəbində və Nyu Yorkda İncəsənət Tələbələri Liqasında rəssamlıq təhsili alıb. Yaradıcılıq karyerası boyunca Pasita bir çox mükafatlar alıb, lakin birincisi - TOYM sənətinə görə (1984) həyatında ən vacib mükafat olub.

Ədəbiyyat

İstinadlar