Qar xətti

Vikipediya, azad ensiklopediya
Wealszy (müzakirə | töhfələr) (212.47.148.18 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Otogi tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 08:30, 16 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt.

Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasındaCənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur.

Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir. Məsələn, Böyük Qafqazda cənub yamacında qar xətti 4000 m, şimal yamacında isə 3500 m təşkil edir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aida Maksudova. "Buzlaqlar". Oxu, bil, paylaş. 08.11.2011. 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.