And dağları (isp.: Andes; Cordillera de los Andes), (Andes, anta sözündən, inklərin dilində – mis, misli dağlar) — Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi. Cənubi Amerikanı şimaldan və qərbdən əhatə edir. Kordilyer dağlarının cənub hissəsidir. Yeddi ölkənin ərazisində yerləşir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentina.
And | |
---|---|
Cordillera de los Andes | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 6960,8 m |
Uzunluğu | 9 000 km |
Eni | 500 km |
Sahəsi | 4.500.000 km² |
Hündür nöqtəsi | Akonkaqua |
Yaranma dövrü | Mezozoy |
Süxurları | maqmatik və metamorfik |
Yerləşməsi | |
32°39′12″ c. e. 70°00′42″ q. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yer kürəsinin ən uzun (təqr. 9000 km) və ən yüksək dağ sistemlərindən biri.
Cənubi Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar.
And dağları şimaldan cənuba uzunluğu 7000 km'dir. Enliliyi 200–700 km arasında dəyişir. Ortalama hündürlüyü 4000 metrdir. Andların ən yüksək dağı 6.962 m olan Argentina və Çili sərhəddindəki Aconcaguadır. Yan-yana bir çox silsilədən ibarət olmaqla bərabər Cordillera Oriental (Şərq Sıradağları) və Cordillera Occidental (Qərb Sıradağları) olmaqla iki böyük silsilədən ibarətdir. [And Dağları], Venesuella, Kolombiya və Ekvador sərhəddində yer alan Şimali Andlar, Peru, Çili və Boliviya sərhəddində yer alan Orta Andlar, Çili ve Argentina sərhəddində yer alan Cənubi Andlar olmaqla üç hissədən ibarətdir. And dağlarının yaşı 60 milyona yaxındır.
And dağları bir neçə submeridional və paralel silsilədən (Şərqi, Mərkəzi, Qərbi və Sahil Kordilyer d-rı) ibarətdir. Bunların arasında daxili yaylalar (Puna, Altiplano–Boliviya və Peruda) və çökəkliklər var. Oroqrafiyasına və təbii xüsusiyyətlərinin oxşarlığına görə şimaldan cənuba doğru Şimali, Mərkəzi və Cənubi And dağlarını ayırırlar. Şimali And dağları öz növbəsində Karib And dağlarına və Şimal-Qərbi And dağlarına, Mərkəzi And dağları (5°–28 °C.e.-ləri arası) – Peru And dağlarına və Mərkəzi And dağlarının özünə, Cənubi And dağları isə Çili-Argentina, yaxud Subtropik And dağlarına və Pataqoniya And dağlarına ayırırlar. And dağlarının yüksək zirvələri: Akonkaqua (6959 m), Oxos-del-Salado (6880 m), Uaskaran (6768 m), Çimboraso (6310 m), Bolivar (5007 m) və s. And dağlarında 50-yə qədər fəaliyyətdə olan (Kotopaxi – 5897 m, Misti – 5822 m və s.) və 30 sönmüş (Uila – 5750 m, Sanqay –5230 m, Lyulyaylyako – 6723 m, Tupunqato – 6800 m, Lyayma – 3060 m, Osorno – 2660 m, Korkobado – 2300 m, Berni – 1750 m və s.) vulkan var.
And dağları Sakit okean mütəhərrik qurşağının ən böyük qırışıqlıq sistemidir. Əsasən, Alp dağəmələgəlmə dövründə (Kaynozoyda) formalaşmışdır. And dağları tipik kontinent kənarı vulkan-plutonik qurşağıdır. Geoloji quruluşunda eninə və uzununa zonallıq müşahidə edilir. Şimaldan cənuba üç seqmentə ayrılır: Şimali (Kolumbiya- Ekvador), Mərkəzi (Peru-Boliviya və Şimali Çili-Argentina subseqmentləri ilə) və Cənubi (Cənubi Çili-Argentina). And dağlarının şərqini Hersin qırışıqlığının Paleozoy yaşlı metamorfik süxurlarından təşkil olunmuş Suband ön çökəkliklər zolağı tutur, qərbini isə Cənubi Amerikanın qədim aktiv kənarını formalaşdıran Mezozoyun kontinental-dəniz çöküntüləri və vulkanogen-çökmə komplekslər təşkil edir. Tabaşirin sonunda burada çoxfazalı nəhəng qranit batolitləri (Peru Sahil Kordilyeri, Çili Baş Kordilyeri, Pataqoniya) yaranır. Kaynozoyda aktiv kontinent kənarı boyunca zəncirvarı iri yerüstü stratovulkanlar formalaşır. Hazırda üç vulkanik qrup aktivdir: şimali (C.-i Kolumbiya və Ekvador), mərkəzi (C.-i Peru – Şm.-i Çili) və cənubi (C.-i Çili). Orogen And dağları sistemi Paleozoyun və qismən Baykal qırışıqlığının özülü üzərində yaranmışdır. Bir neçə iri örtük qırışıqlıq strukturlarından (dağ silsilələrindən) və onları ayıran ensiz dağarası çökəkliklərdən, yaxud platolardan (Altiplano) ibarətdir. Sonuncular qalın Neogen-Dördüncü dövr molassları ilə dolmuşdur. Orogenin şərqi və qismən mərkəzi zonaları Kembriyəqədərki metamorfik platforma özülündən, onun Paleozoy örtüyündən, Gec Kembriyə qədər və Hersin metamorfik qırışıqlıq komplekslərindən ibarətdir. Yüksək tektonik mütəhərriklik, intensiv seysmiklik, müasir vulkanizm And dağları üçün səciyyəvidir. And dağları faydalı qazıntılarla zəngindir. Cənubi Amerikanın misli qurşağının yataqları qranit batolitləri ilə, gümüş, mis, qurğuşun, sink, volfram, qızıl, platin və s. nadir və əlvan metal (Peru və Boliviyada) filiz yataqları Kaynozoyun vulkanik və subvulkanik əmələgəlmələri ilə, neft və təbii qaz yataqları Kaynozoy molassları ilə dolmuş ön çökəkliklər zolağı (xüsusən, şm.-dan Venesuela, Ekvador, Şm. Peru, ucqar c.-da C.-i Çili, Argentinada) ilə əlaqədardır. Çilidə iri şora və dəmir filizi, Kolumbiyada zümrüd yataqları var.
And dağları Cənubi Amerikanın mühüm iqlim səddidir. Burada 6 iqlim qurşağı (ekvatorial, ş.-i və c.-i sub ekvatorial, c.-i tropik, subtropik və mülayim) hakimdir. And dağlarının şərq yamacları Atlantika okeanından gələn rütubəti özündə toplayır və onun Mərkəzi And dağlarının daxili yaylalarına və Sakit okean sahillərinə keçməsinə mane olur. Eyni zamanda materikin düzəngah hissəsi Sakit okeanın təsirindən məhrumdur. İllik yağıntının miqdarı Karib And dağlarında – 500–1000 mm, ekvatorial And dağlarının qərb yamaclarında – 10000 mm-ədək, şərq yamaclarında – 5000 mm-ədək. Peru və Mərkəzi And dağlarının qərb yamaclarında və Mərkəzi And dağlarının daxili rayonlarında tropik səhra iqlimi hakimdir. Şərq yamaclarda illik yağıntının miqdarı 3000 mm-ədək -dir. 20 °C.e.-ndən c.-a doğru yağıntının miqdarı qərb yamaclarda artır, şərq yamaclarda azalır. 35 °C.e.-ndən aşağı yağıntının miqdarı qərb yamaclarda 5000–10000 mm, ş. yamaclarda 100–200 mm-dir. Cənubda yüksəkliyin azalması ilə əlaqədar yağıntının miqdarı bərabərləşir. Qar xətti Kolumbiya ərazisində 4700–4900 m, Ekvadorda 4250 m, Mərkəzi And dağlarında 5600–6100 m (Punada 6500 m – Yer kürəsində ən yüksək) yüksəklikdən keçir. 35 °C.e.-ndə qar xətti 3100 m-ədək, Pataqoniya And dağlarında 1000–1200 m-ə -dək, Odlu Torpaq adasında 500–600 m-ə -dək düşür. And dağlarında çoxlu buzlaqlar var. İri buzlaqlar Kordilyer-de Santa-Marta və Kordilyer-de-Meridada (təqr. 0,5 km3), Ekvador A.d.-nda (1,1 km3), Peru A.d.-nda (24,7 km3), Mərkəzi And dağlarınin Qərbi Kordilyer silsiləsində (12,1 km3), Mərkəzi Kordilyer silsiləsində (62,7 km²), Çili-Argentina And dağlarında (38,9 km3), Pataqoniya And dağlarındadır (12,6 min km3, Upsala buzlağı buradadır). Pataqoniya buzlağı iki geniş sahədən (ümumi uz. 700 km, eni 30–70 km, sah. 13 min km²) ibarətdir. 46°30΄ c.e.-ndən c.-da buzlaqlar okean səviyyəsinədək düşürlər.
Bu dağ ststemi Yer planetinin quru səhəsində ən uzun dağ silsiləsi olub, şimaldan-cənuba 9000 km-dən artıq bir məsafədə uzanır. Cənubi Amerikanın Argentina, Boliviya, Braziliya, Venesuela, Kolumbiya, Peru, Çili Ekvador dövlətlərinin ərazisinə düşür. Relyefi, geoloji quruluşu, iqlimi mürəkkəb oıduğu kimi, torpaq örtüyü də olduqca rəngarəngdir. Ona görə də And silsiləsinin nümunəsində Mərkəzi Andların torpaqlarına diqqət yetirək. Bu vilayət 18-dən 38°Cənub enlikləri arasında yerləşir. And dağlarının ən hündür zirvəsi Akonkaquada (6960 m) burda yerləşir.
Andların mərkəzi hissəsində 18–30°Cənub enliklər arası dünyanın iri dağlıq səhralarından biri yerləşir. Burda formalaşmış 6000 m-dən hündür Şərqi Kordiliyer silsiləsi ərazini şərqdən gələn rütubətli hava kütləsindən qoruyur. Şərq yamaclar çoxlu rütubət aldığı halda, qərbə doğru hündürlüyü 3500–3700 m olan Puna alçaqdağlıq uzanır. Bu alçaqdağlığın eni 350 km-ə çatır. Burada relikt göllərdən Titikaka, Poopo, Salar-Uyuni və başqaları yerləşir ki, bu göllərin suyu duzlu və ətrafı şoranlıqdır. Punalarda yağıntının illik miqdarı 50–150 mm təşkil edir. Şərqə doğru Punada yağıntının miqdarı bir qədər çoxalır. Şərqi Puna daxilində hündürlüyü 5800–6800 m olan fəaliyyətdə vulkanlar var. Bu vulkanik zirvələr qar və buzlarla örtülüdür. 25ОО-3500 m hündürlüklərdə kserofit kolluqlar və kaktuslar yayılmışdır. Burda daşlıq sahələr üstünlük təşkil edir və nazik dağ səhra torpaqları formalaşmışdır. Bəzi yerlərdə vulkan külləri altında bozqırlaşmış torpaqlara rast gəlinir. Dağların qərb yamaclarında və dəniz sahili düzənliklərində soyuq Humbolt (Peru) cərəyanının təsirindən dumanlıqlar və axşamlar qırovlar yaranır ki, torpaqlar və bitkilər yalnız bunların hesabına rütubət alırlar. Burda yalnız kiçik ərazilərdə çay vadiləri boyu allüvial torpaqlar vardır ki, şərti suvarma vasitəsilə bu torpaqlardan istifadə edilir. Subtopik Andlarda qırmızı- qəhvəyi, dağ qəhvəyi və boz-qəhvəyi torpaqlar 30–38°Cənub enlikləri arasında 2300 m-ə qədər hündürlüyü əhatə edir. Baş Kordilyerdə hündürlük 6000–6900 m-ə çatır. Burda yağıntının illik miqdarı şimalda 300– 400 mm, cənuba doğru 800–1000 mm-ə qədər çoxalır. Yağıntılar qışda düşür. Yay quru və isti keçir. Quru dövr 6–8 ay davam edir. Qış bəzən şaxtalı keçir. Təbii bitki örtüyü şimalda kserofit kolluqlar və kaktuslar, cənubda quru savannalar və həmişə yaşıl kserofit meşələrdir. Sahil Kordiliyerlərində qəhvəyi torpaqlar üstünlüyə malikdir. Nisbətən yaxşı rütubət götürən ərazilərdə dağ meşələri altında qonur meşə torpaqları yaranmışdır. Sahil düzənÜklərində və vadi torpaqlarında bağçılıq, dənli bitkilər (buğda, qarğıdalı) geniş əkilir. Suvarma üstünlük təşkil edir.
And dağları okeanlararası suayrıcıdır. Amazon, Orinoko, Paraqvay, Parana və Pataqoniyanın çayları mənbələrini buradan götürür. Nisbətən iri çayları: Kauka, Maqdalena, Maranyon, Ualyaqa, Mantaro və s. Şimali və Peru And dağlarındadır. Mərkəzi And dağlarında daxili axımlı çoxlu kiçik çaylar Titikaka, Poopo, Koypasa göllərinə tökülür. And dağlarının Qərbi və Sahil Kordilyer silsilələrinin 20–28 °C.e.-ləri arasındakı çayları mövsümi axarlı dır. Cənubi, xüsusən Pataqoniya And dağlarındakı Buenos-Ayres, San-Martin, Vyedma, Laqo-Arxentino və s. göllər buzlaq mənşəlidir.[1]
Yerüzünün ən yüksək vulkanları bu ərazilərdədir. 6.882 m yüksəklikdəki Monte Pissis (Argentina) və 6.887 m yüksəklikdəki Ojos del Salado (Çili) bunlardan bəziləridir.
Digər aktiv vulkanlar
Cotopaxi 5.897 m (Ekvador)
Tungurahua 5.016 m (Ekvador)
Pichincha 4.784 m (Ekvador)
Villarrica, 2.840 m (Çili)
Andların digər vulkanları
Llullaillaco 6.723 m (Argentina\Çili)
Nevado Coropuna 6.426 m (Peru)
Ubinas 5.675 m (Peru)
Chimborazo 6.310 m (Ekvador)
Osorno 2.652 m (Çili)
Sierra Nevada de Lagunas Bravas 6.127 m (Argentina\Çili)
Lanín, 3.747 m (Argentina)
Uturunco 6.010 m (Boliviya)
Licancabur 5.921 m (Boliviya)
Misti 5822 m (Peru)