Abbat

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 20:15, 26 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Tsistersian dini ordeninin abbatının geyimi

Abbat (lat. abbas, ivr.אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir.

Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]