Abbatisa (lat. abbatissa) — katolisizmdə abbatlığın qadın abbatı.[1] Abbatisa abbat nişanları ilə təchiz olunsa da, tabeliyində olanlar üzərində yalnız inzibati gücə malikdir. Bu terminə ilk dəfə 514-cü ildə rast gəlinmişdir.
İndiki dövrdə Roma-Katolik kilsəsində iki yüzə yaxın abbatisa xidmət edir. Katolik qanununa görə, abbatisanın seçilməsi yepiskopun sədrliyi və ya onun nümayəndəsinin iştirakı ilə baş verir. Abbatisaların ən azı 40 yaşı olmalıdır.