Güleymar mineral bulağı

Vikipediya saytından
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 18:48, 8 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Güleymar mineral bulağıCulfa rayonu ərazisində, Güleymar (Köləhmər) kəndindən 1,5 km aralıda, Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən çıxır.

Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır.

Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə də, suyun arxında dəmir oksidinin qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır.

Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir.

Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.

İstinadlar[redaktə | mənbəni redaktə et]