Kuzyanın anası

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) (→‎top: qrammatik düzəliş, replaced: ABŞ]]-ın → ABŞ]]-nin) tərəfindən edilmiş 16:05, 14 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Xruşşov BMT-nin 15-ci Baş Assambleyasındalı çıxışı zamanı bu ifadəni işlətmişdi. 12 oktyabr 1960-cı il

Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərməkrus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur.

İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində[1].

Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]