Kuzyanın anası

Xruşşov BMT-nin 15-ci Baş Assambleyasındalı çıxışı zamanı bu ifadəni işlətmişdi. 12 oktyabr 1960-cı il

Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərməkrus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur.

İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində[1].

Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir[2].