Sinq-Sinq

Vikipediya saytından
Solavirum (müzakirə | töhfələr) (→‎top: qrammatik düzəliş, replaced: ABŞ]]-ın → ABŞ]]-nin) tərəfindən edilmiş 16:08, 14 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Rockland Lake State Park tərəfdən görünüşü

Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır.

Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur. 

1920-ci ildə məşhur həbsxana sistemi reformatoru olan Luis Louz həbsxananın rəisi olur. O, həbsxana büdcəsində ciddi çatışmazlıqlar, sənədlərin və hətta məhbusların yox olduğunu aşkarladı. Onun dövrü həbsxananın həyatında qırılma nöqtəsi oldu, orada kitabxana, kilsə və xəstəxana tikildi.

1935-ci ildə xarici ölkələrə səfər edən sovet yazıçıları İlf və Petrov həbsxanaya səfər ediblər. Bu səfəri onlar "Birmərtəbəli amerika" əsərinin "Elektrik stulu" bölməsində təsvir ediblər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]