Müzakirə:Müsavat Partiyası

Vikipediya saytından
Dr.Wiki54 (müzakirə | töhfələr) (→‎Qurucu: Cavab) tərəfindən edilmiş 08:50, 21 may 2023 tarixli redaktə

Ən son rəy:1 il öncə, Dr.Wiki54 tərəfindən "Qurucu" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Qurucu

@Dr.Wiki54, salam. Zəhmət olmasa, ətraflı açıqlayardınız. Rəsulzadə partiyanın qurulmasında əsas təşəbbüskar olub isə, nə üçün qurucu saymırsınız? Fikrimcə, adı şablonda da qeyd edilməlidir, mötərizə daxilində ya da qeyd şablonu ilə qeyd yerləşdirə bilərsiniz ki, mühacirətdə olub və iştirak edə bilməyib. Amma fakt şəxs partiyanın qurucusudur. Digər istifadəçilərin də fikirləri maraqlıdır. Gadir (müzakirə) 08:04, 21 may 2023 (UTC)Cavabla

@Gadir, partiya qurucusu fərqli anlayışdır. Məsələn, indiki "Siyasi partiyalar haqqında qanun"a əsasən partiyanın 50 nəfərlik qurucu üzv siyahısı olmalıdır. Keçmişdə isə bu kor təbii olurdu. Rəsulzadə özü İstanbulda olub. Partiya quruculuğundan demək olar ki, xəbəri olmayıb. Onun oradan göndərdiyi məktublar sadəcə ideoloji aspektdə olub. İşə rəhbərlik isə keçmiş Hümmət Partiyası qurucularından Abbasqulu Kazımzadə, Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli bəy və Tağı Nağıyev tərəfindən icra olunub. Məhəmməd Əli Rəsulzadə xatirələrində yazırdı: "1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi". Rəsulzadə 1913-cü ildə Bakıya qayıdıb və siyasi aktivliyi ,demək olar ki, 1917-ci ildə başlayıb. - Dr.Wiki54 (müzakirə) 08:50, 21 may 2023 (UTC)Cavabla