Bratislava İncəsənət Universitetində kukla sənəti üzrə təhsil alıb. Sonra Böyük Britaniyada və daha sonra iki il Milanda "Teatro laboraotrio mangiafuoco" teatrında işləyib. Slovakiyaya qayıtdıqdan sonra Bratislavadakı "GUnaGU" teatrının əsas üzvlərindən birinə çevrilib, Studio L+S-də işləyib, "Nova scena", "Aréna" teatrları ilə əməkdaşlıq edir.