Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Slovakiya Sosialist Respublikası (slovak. Slovenská socialistická republika), SSR — Slovakiyanın 1969-1990-ci illər ərzindəki rəsmi adı. Çexoslovakiya Federasiyasına daxil olan iki respublikadan biri olmuşdur.
müttəfiq respublika | |||||
Slovakiya Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Slovenská socialistická republika Slovenská republika | |||||
|
|||||
|
|||||
Paytaxt | Bratislava | ||||
Dilləri | Slovak dili | ||||
Rəsmi dilləri | Slovak dili | ||||
İdarəetmə forması | sosialist dövlət, parlamentli respublika |
1944-cü ilin avqust ayında Slovakiyada Slovak Milli Şurasının rəhbərliyi altında xalq hərəkatı başlayır. 1945-ci ilin martında Londonda olan mühacir hökuməti və Slovak Milli Şurasının nümayəndələri arasında, çex və slovakların milli birlik cəbhəsinin təşkili, hökumətin formalaşdırılması və onun proqramı haqqında razılaşma əldə edirlər. 4 aprel 1945-ci ildə slovak şəhəri olan Koşisdə Çexoslovakiyanım sürgündə olan prezidenti Edvard Benes Milli Cəbhəni hökiumət təyin edir. Onlarsa növbəti Koşis proqramını dərc edirlər. Proqramda Çexoslovakiyada milli və demokratik dəyişikliyi nəzərdə tuturdu. Koşis proqramı həm Slovakiya milli orqanlarının tanımağı, çex və slovaklar arasındakı münasibətlərin "birəbir" olmasını nəzərdə tutur.
Praqanın alman işğalından azad olmasından sonra 10 may 1945-ci ildə Beneş hökuməti paytaxta daxil olur. Çexoslovak dövləti əvvəlki dövrdə olduğu kimi yenidən quruldu və burada tətbiq olunan 1920-ci il Konstitusiyası Koşis proqramı ruhunda uyğunlaşdırılır. Nəticədə assimetrik milli dövlət sistemi formalaşır: çex xalqının öz milli dövlət quruluşları olmadığı halda, slovaklar müəyyən dərəcədə milli-ərazi muxtariyyətini əldə etmişdi. Eyni zamanda Çex torpaqlarında mərkəzi dövlət orqanları yerləşirdi. Slovakiyanın milli orqanları kimi eyni vəzifəni yerinə yetirsələrdə mərkəzi hakimiyyət orqanarının çex torpaqlarında olması çexlərə müəyyən üstünlüklər yaradırdı.
Çexoslovakiyanın 1948-ci ilin mayında qəbul edilən yeni konstitusiyasında, Çexoslovakiyadakı fevral hadisələri, kommunistlərin qələbələrindən sonra Slovakiyanın milli orqanları, dövlətinin səlahiyyətləri, icraçıları və slovak xalqının özünü dərki kimi təsvir edilmişdir.
1990-cı ilin martında respublikanın adından «sosialist» adı çıxarılır. Slovakiya Sosialist Respublikası Slovakiya Respublikası (slovak. Slovenská republika) adlandırılır. 1990-cı ildə özəlləşdirmə və V. Klausun "şok terapiya" siyasəti (planlaşdırılan iqtisadiyyatın bazar iqtisadiyyatına çevrilməsi) Sloveniyanın Çexslovakiyadan ayrılmasını sürətləndirirdi. 1 yanvar 1993-cü ildə Slovakiya müstəqil dövlətə çevrilir.