Fransa Akademiyası

Vikipediya, azad ensiklopediya
İşçiBot (müzakirə | töhfələr) (Bot: tənzimləmə) tərəfindən edilmiş 10:45, 27 iyun 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Parisdəki Fransa İnstitutu (Fransa Akademiyasının yerləşdiyi bina)

Fransa Akademiyası (fransızca:Académie française) - fransız dilinin və ədəbiyyatının tədqiqatı ilə məşğul olan elmi quruluş.

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

Kardinal Rişelyenin 29 yanvar 1635-ci il tarixli fərmanı əsasında yaradılmışdır.

Üzvlük[redaktə | mənbəni redaktə et]

Akademiya 40 üzvdən ibarətdir. Bunlar əsasən fransız dilinin inkişafında və tanınmasında böyük xidmətləri olan yazıçı, şair, filosof, tarixşünas, alim, tənqidçi, dövlət xadimləri və s. arasından seçilir. Akademiyaya üzvlük ömürlükdür.