Fransa Akademiyası

Parisdəki Fransa İnstitutu (Fransa Akademiyasının yerləşdiyi bina)

Fransa Akademiyası (fransızca:Académie française) - fransız dilinin və ədəbiyyatının tədqiqatı ilə məşğul olan elmi quruluş.

Kardinal Rişelyenin 29 yanvar 1635-ci il tarixli fərmanı əsasında yaradılmışdır.

Akademiya 40 üzvdən ibarətdir. Bunlar əsasən fransız dilinin inkişafında və tanınmasında böyük xidmətləri olan yazıçı, şair, filosof, tarixşünas, alim, tənqidçi, dövlət xadimləri və s. arasından seçilir. Akademiyaya üzvlük ömürlükdür.