Pyer Buger

Vikipediya saytından
Drabdullayev17 (müzakirə | töhfələr) (→‎Fəaliyyəti) tərəfindən edilmiş 12:45, 26 iyul 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Pyer Buger
Pierre Bouguer
Pyer Buger 1753-cü ildə
Pyer Buger 1753-cü ildə
Doğum tarixi
Doğum yeri Kroisik
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Paris
Fəaliyyəti riyaziyyatçı, geofizik, geodezist, astronom
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyer Buyer — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731).

Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. “İşığın miqdarı” anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cuildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış“Gəmi haqqında traktat” (1746) və “Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər”in (1753) müəllifidir.  [1]

Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.

  1. Buger// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 40.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]