Ağ-qara reportaj (film, 2006)
Ağ-qara reportaj | |
---|---|
Ağ-qara reportaj | |
Fayl:Ağ-qara reportaj (film, 2006).jpg | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Teymur Nəcəfzadə |
Ssenari müəllifi | Sədi Məmmədov |
Operator | Rəşad Nuriyev |
İstehsalçı | ANS televiziyası (VVS) |
İlk baxış tarixi | 2006 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 29 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2006 |
Rəng | rəngli |
Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər.
Məzmun
Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər.
Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.[1]
Filmin üzərində işləyənlər
Ssenarist: Sədi Məmmədov
Rejissor: Teymur Nəcəfzadə
Operator: Rəşad Nuriyev
İstinadlar
- ↑ "Çingiz Mustafayev". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2006-cı ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı